UNEC-də "Dayanıqlı energetikaya doğru” mövzusunda beynəlxalq seminara start verilib

18 May 2023
view257
Elm

UNEC-də "Dayanıqlı energetikaya doğru: qlobal konteksdə regional əməkdaşlıq" mövzusunda iki gün davam edəcək beynəlxalq seminar işinə başlayıb.

UNEC və  Sankt-Peterburq Dövlət İqtisad Universitetinin (UNECON) təşkilatçılığı ilə keçirilən seminarın məqsədi bərpa olunan enerji sahəsində bilik və bacarıqların mübadiləsidir.

Beynəlxalq seminarın açılışında çıxış edən UNEC rektoru professor Ədalət Muradov mövzunun aktuallığına diqqət çəkərək, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin ölkənin prioritet istiqamətlərindən olduğunu bildirib. İşğaldan azad edilmiş ərazilərin bərpasında “yaşıl enerji” zonasının yaradılmasının əsas götürüldüyünü vurğulayıb. Rektor beynəlxalq seminarın dayanıqlı energetika ilə bağlı təcrübə mübadiləsində mühüm rol oynayacağını vurğulayıb.

Prof.Ədalət Muradov Sankt Peterburqda Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan beynəlxalq konfrans və konfrans çərçivəsində hər iki universitet arasında əldə olunan əməkdaşlıqdan da danışıb.

Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektoru İqor Maksimsev UNEC-də olmaqdan məmnunluğunu bildirərək, hər iki universitet arasındakı əməkdaşlığın müsbət nəticələr verəcəyindən əminliyini ifadə edib. Rektor dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsinin aktual məsələlərdən olduğunu diqqətə çatdıraraq, Azərbaycanın zəngin alternativ enerji mənbələrinə malik olduğunu və bu istiqamətdə seminarda aparılacaq müzakirələrin faydalı olacağını bildirib.

Seminarda iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva dünya ölkələrinin hazırda iqlim dəyişikliyinə qarşı mübarizədə bərpaolunan enerji mənbələrini prioritet olaraq müəyyənləşdirdiklərini deyib. Enerji resursları ilə zəngin olan Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb. Nazir müavini dünyanın müxtəlif ölkələrinin ekspertlərinin qatıldığı seminarın iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışların həllinə mühüm töhfələr verəcəyindən əminliyini bildirib və seminarın işinə uğurlar arzulayıb.

Beynəlxalq seminar öz işini Azərbaycan, ABŞ, Almaniya, Avstriya, Rumıniya, Qazaxıstan və Rusiyadan olan mütəxəssislərin iştirakı ilə panel müzakirələrlə davam edib.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!