UNEC ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq imkanları müzakirə olunub

15 Dekabr 2021
view169
 

İslam İnkişaf Bankının (İİB) Azərbaycan, Albaniya və Əfqanıstan üzrə regional meneceri Fərid Xanın başçılıq etdiyi nümayəndə heyəti UNEC-də olub.


UNEC-in rektoru professor Ədalət Muradovla keçirilən görüşdə İİB ilə əməkdaşlıq perspektivləri, o cümlədən, universitetin müəllim və tələbə heyətinin xarici universitetlərlə mübadilə proqramlarında iştirakının artırılması, tələbələrin təqaüd proqramı ilə təhsil alması, həmçinin, distant təhsil proqramlarının təkmilləşdirilməsi, xarici universitetlərlə əməkdaşlıq çərçivəsində yeni tədris proqramlarının yaradılması məsələləri müzakirə edilib.

Görüşdə hər iki tərəf gələcək əməkdaşlıq çərçivəsində görüləcək işlərin həm tərəflər, həm də cəmiyyət üçün böyük fayda verəcəyinə əminliyini vurğulayıb.

*

https://news.unec.edu.az/xeber/125-universitet/8222-unec-ile-islam-inkishaf-banki-arasinda-emekdashlig-imkanlari-muzakire-olunub

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!