Universitetdə rəqabət: müəllim və tədqiqatçı-müəllim (2)

15 Dekabr 2021
view178
 

UNEC rektoru professor Ədalət Muradov rəsmi facebook səhifəsində universitetdə təsis olunan tədqiqatçı müəllim vəzifəsindən yazıb:


“UNEC-də artıq bir neçə ildir ki, müəllim (müəllim, baş müəllim, dosent, professor) vəzifəsi ilə yanaşı, həm də tədqiqatçı-müəllim (tədqiqatçı-müəllim, tədqiqatçı-baş müəllim, tədqiqatçı-dosent, tədqiqatçı-professor) vəzifəsi təsis edilmişdir. Tədqiqatçı-müəllim statusu tədqiqatları ilə seçilən müəllimlərə verilir və Google Scholar vasitəsilə müəyyən edilir. Belə ki, son 6 ildə elmi əsərlərinə ümumi istinadların sayı 100-dən çox (bu zaman müəllifin bir əsərinə son 6 ildə özünə istinadların sayı 2-dən çox olmamalıdır) və H-İndeksi 8-dən çox olan müəllimlərə tədqiqatçı statusu verilir. Obyektivlik və şəffaflıq tam təmin edilir. Tədqiqatçı statusu alan müəllimlərin maaşı 50 faiz artırılır”.

*

https://news.unec.edu.az/xeber/125-universitet/8224-bold-red-niversitetde-regabet-muellim-ve-tedgigatchi-muellim-2-bold-red

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!