UNEC-in 55 tələbəsi “Dövlət sektorunda audit” təlimlərini uğurla başa vurdu

22 May 2023
view208
Tələbə

Azərbaycan Respublikasının Hesablama Palatası, UNEC və Gürcüstan Dövlət Audit İnstitutu arasında imzalanmış üçtərəfli memorandum çərçivəsində Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “Dövlət sektorunda audit” mövzusunda 2 aylıq təlimlərə yekun vurulub.

Kadr hazırlığının təmin edilməsi məqsədilə ilk dəfə olaraq dövlət orqanının əməkdaşları tərəfindən təşkil olunan praktik təlimlərdə UNEC-in 55 tələbəsi iştirak edib. “Dövlət sektorunda audit”in öyrənilməsində yüksək fəallıq və nəticə göstərmiş tələbələrin Hesablama Palatasının müvafiq struktur bölmələrində fəaliyyətə cəlb olunması nəzərdə tutulub.

Gürcüstan Audit Ofisinin baş auditorunun müavini Sofio Dvalişvili, şöbə müdirləri Giorgi Kapanadze və Tornike Şermadi təlimlərin sonuncu mərhələsində tələbələrə “Maliyyə auditi”, “Uyğunluq auditi” və “Səmərəlilik auditi” mövzularında təlimlər keçiblər. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

UNEC-ə səfər zamanı Gürcüstan Dövlət Audit İnstitutunun direktoru Gela Tsiklauri, təlim sektorunun müdiri Tinatin Sikmaşvili və digər qonaqlar Maliyyə və mühasibat fakültəsində tədris işinin təşkili, Ekstern Mərkəzi, 24/7 kitabxana və Bloomberg Maliyyə laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olublar.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!