Mayın 16-da Almaniyanın “DAAD təqaüdləri 2023” proqramının qalibi olan azərbaycanlı tələbələrin və məzunların mükafatlandırılması mərasimi keçirilib.
Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Ralf Horlemanın iqamətgahında keçirilən tədbirdə UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimova və tələbələr də iştirak ediblər.
Tədbir zamanı səfir Ralf Horleman bildirib ki, 26 azərbaycanlı tələbə DAAD təqaüdü ilə Almaniyanın müxtəlif universitetlərində magistr proqramı üzrə təhsil hüququ qazanıb. Qeyd edib ki, proqramın qalibləri daha çox UNEC-dən olan tələbələrdir. Belə ki, UNEC-in 9 tələbəsi DAAD-ın təqaüdünü qazanıb. Səfir tələbələri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb.