UNEC-də 2019-cu ildən “Bir Pəncərə” xidməti fəaliyyətə başlayıb.
Layihənin məqsədi tələbələrin vahid mərkəzə müraciət edərək, tələb olunan təhsil sənədlərini ən qısa müddətdə əldə edə bilməsidir.
“Bir Pəncərə” sistemi vasitəsilə tələbə, ona lazım olan təhsil arayışının hazırlanması üçün şəxsi kabinetindən günün 24 saatı, həftənin 7 günü xidmətə müraciət edə bilir.
Bir pəncərə xidməti tələbələrə akademik transkript, təhsil almaq, təhsil haqqı, hərbi xidmətlə bağlı arayış, məzun arayışı, eləcə də qiyabi təhsil alanlar üçün arayış və təhsil sənədlərinin (attestat, diplom) təsdiqlənmiş surəti verilir.
Hazırlanmış sənəd imza və möhürlə təsdiq olunaraq, QR kodla PDF formatında tələbənin şəxsi kabinetinə göndərilir.
Sənədlər tələbənin istəyindən asılı olaraq, azərbaycan və ingilis dillərində verilir.
İngilis dilində arayışlar 2022/2023-cü tədris ilindən verilməyə başlanılıb. Bu yenilik tələbələri sənədlərin ingilis dilinə tərcümə və təsdiqi üçün notarius xərclərindən azad edir.