UNEC Rəqəmsal Könüllülər Təşkilatına sədrlik üçün namizədlər

17 May 2023
view234
 

Mayın 23-də UNEC-də tələbə təşkilatlarına sədr seçkiləri keçiriləcək.

UNEC-in Rəqəmsal Könüllülər Təşkilatına sədrlik üçün namizədliyini verən tələbələrin platformaları və tərcümeyi-hallarını təqdim edirik.

Rizvan Süleymanlı

2005-ci ildə Bakıda anadan olmuşam. 2022-ci ildə UNEC-in Biznes və menecment fakültəsinə daxil olmuşam. Təhsil aldığım müddət ərzində fərqli istiqamətlərdə bir çox ictimai təşkilatın tərkibində fəaliyyət göstərmişəm, 10-dan çox tədbir və layihələrin ərsəyə gəlməsində bilavasitə iştirak etmişəm. Sədr seçilsəm, tələbələrin ölkə ərazisində fəaliyyət göstərən yerli və xarici şirkətlərlə əlaqəsini təmin edərək, iş imkanları əldə etməsini dəstəkləyən uzunmüddətli proqramlara start verəcəm. Tələbə problemləri ilə şəxsən məşğul olacağıma, fikirlərinizi və ideyalarınızı yüksək səviyyədə qiymətləndirəcəyimə tam əmin ola bilərsiniz. 

Mircavad Cavadov

26 noyabr 2003-ci ildə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olmuşam. 2010-2021-ci illərdə Bakı şəhər 187 nömrəli tam orta məktəbdə təhsil almışam. 2021-ci ildə UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin “Kommunikasiya sistemləri mühəndisliyi” ixtisasına qəbul olmuşam. Hazırda 2-ci kursda təhsil alıram. Təhsil aldığım dövrdə UNEC-in sosial-ictimai həyatında fəal iştirak etmişəm, universitet rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunmuşam. UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin Rəqəmsal İqtisadiyyat fakültəsi üzrə sədr müavini olmuşam. 

Şakir Mürşüdov 

16 yanvar 2003-cü ildə Qobustan şəhərində anadan olmuşam. 2010-2021-ci illərdə Qobustan şəhər 2 saylı tam orta məktəbdə orta təhsil almışam. 2021-ci ildə  UNEC-in Biznes və menecment fakültəsinin “Marketinq” ixtisasına daxil olmuşam. Hazırda 2-ci kursda təhsil alıram.

Təhsil aldığım dövrdə UNEC-in sosial-ictimai həyatında fəal iştirak etmişəm, universitet rəhbərliyi tərəfindən sertifikat və təşəkkürnamələrlə təltif olunmuşam.

UNEC İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin Biznes və menecment  fakültəsi üzrə sədr müaviniyəm. 

“BİR-Könüllü” tələbə proqramının, “DAVAM” Gənclər Hərəkatının və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvüyəm. Bir çox respublika səviyyəli tədbirlərin iştirakçısı olmuşam. Gənclərin İnkişaf və Karyera Mərkəzində uğurlu könüllülük fəaliyyəti göstərmişəm. Həmin Mərkəzdə ictimaiyyətlə əlaqələr üzrə 3 aylıq təcrübə proqramında iştirak etmişəm.

 Cəfərisadiq İbrahimov

2004-cü ildə Masallı rayonunda anadan olmuşam. 2010-2021-ci illərdə Masallı rayonunun Təzə Alvadı kəndinin 1 saylı tam orta məktəbində təhsil almışam. 2021-ci ildə UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” ixtisasına qəbul olmuşam. Hazırda 2-ci kurs tələbəsiyəm.

Təhsilə başladığım gündən universitetin ictimai işlərində aktiv fəaliyyət göstərmişəm. UNEC İqtisadçı Tələbələrə Dəstək (İTB) İB-nin üzvü, sonra isə İTD İB-nin İqtisadiyyat və idarəetmə fakültəsinin SMM departamentinin rəhbəri olmuşam. Rəqəmsal Könüllülər Təşkilatının təsis olunduğu gündən təşkilatın SMM və Dizayn departamentinin rəhbəri, sonra isə sədr müavini olaraq fəaliyyətimi davam etdirmişəm.

UNEC-nin Kitabxana İnformasiya Mərkəzində (KİM) könüllü kimi çalışmışam, hazırda isə ”UNEC Clubrary” kitab klubunun prezidentiyəm.

Universitetdəki 100-dən çox tədbirin təşkilati heyətində yaxından iştirak etmişəm, eləcə də bir çox beynəlxalq konfransların  könüllüsü olmuşam. UNEC-in 24/7 kitabxanasının 3 illik fəaliyyəti münasibəti ilə keçirilən tədbirdə göstərdiyim dəstəyə görə, "Rəqəmsal İqtisadiyyat: Müasir çağırışlar və real imkanlar", "Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər" mövzularında keçirilən beynəlxalq konfranslarda könüllülük fəaliyyətimə görə “Təşəkkürnamə” ilə təltif olunmuşam. Həmçinin UNEC RKT, UNEC THİK, UNEC TGT, UNEC TEC, UNEC İTD-nin təşkil etdikləri tədbir, yarış və seminarlarda yaxından iştirakıma görə sertifikatlar qazanmışam.

Universitetdaxili fəaliyyətimlə yanaşı, “Asan könüllülər”, “Bir Könüllü”, “Davam” Gənclər Hərəkatı, “İrəli” İctimai Birliyi, “Miqrasiya Könüllüsü” İctimai Birliyi kimi təşkilatların tədbirlərində könüllü olmuşam. “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan “Profitable Month 2” layihəsini ictimaiyyətlə əlaqələr  üzrə uğurla başa vurduğum üçün sertifikat əldə etmişəm. “Davam” Gənclər Hərəkatında Gənc İqtisadçılar klubunun idarə heyətində fəaliyyət göstərmişəm. 2022-ci və 2023-cü illərdə Bakı şəhər halqası (Formula 1) Uniform TM-da könüllü olmuşam.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!