UNEC Könüllülər Təşkilatına sədrlik üçün namizədlər

18 May 2023
view218
Tədris

Mayın 23-də UNEC-də tələbə təşkilatlarına sədr seçkiləri keçiriləcək.

UNEC-in Könüllülər Təşkilatına sədrlik üçün namizədliyini verən tələbələrin platformalarını və tərcümeyi-hallarını təqdim edirik.

Elnur Qasımzadə 

2 dekabr 2004-cü ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuşam. 2011-2022-ci illərdə Boladi kənd 1 nömrəli tam orta məktəbində təhsil almışam. Təhsil alan zaman olimpiadalarda və intellektual yarışlarda, eləcə də “Lənkəran Gəncləri” könüllülük təşkilatına üzv olaraq müxtəlif tədbirlərdə iştirak etmişəm. 

2022-ci ildə qəbul imtahanında 586 bal toplayaraq, UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin “Kompüter elmləri” ixtisasına daxil olmuşam. Hazırda I kursda təhsil alıram. Ümumi Orta Müvəffəqiyyət Göstəricim 82-dir. 

hsil aldığım dövrdə UNEC-in sosial-ictimai həyatında fəal iştirak etmişəm, eyni zamanda universitet rəhbərliyi tərəfindən sertifikat və təşəkkürnamələrlə təltif olunmuşam. İlk olaraq, THİK-ə üzv olmuşam. “Zəfər kuboku” intellektual yarışında yoldaşlarımla birlikdə 3-cülüyü qazanmışam. Əlavə olaraq, universitetdaxili və universitetdən kənar yarışlarda iştirak etmişəm.

UNEC TEC-in Rəqəmsal iqtisadiyyat fakültəsi üzrə Layihələr departamentinin direktoru, UNEC TGT-nin fakültə üzrə katibi, Rəqəmsal Könüllülər təşkilatının UNEC İntellektual klubunun, UNEC Kitab klubunun, UNEC Debat klubunun üzvü olmuşam.

“BİR-Könüllü” tələbə proqramının, UNEC THİK-in üzvüyəm. Bir çox respublika səviyyəli tədbirlərin iştirakçısı olmuşam.

İlham Əmrahov 

2021-2023-cü illərdə UNEC Könüllüləri Təşkilatının sədri olaraq fəaliyyət göstərmişəm.

23 mayda keçiləcək seçkilərdə sizdən SƏS gözləyirəmmi? O sizin azad seçiminizdir.

Instagram: ilhamrahov
Facebook: İlham Emrahov

 Kənan Hüseynli

17 noyabr 2004-ci ildə Bakı şəhərində anadan olmuşam. 2010-cu ildə Nizami  rayonu 12 saylı məktəbə daxil olmuşam. 2016-cı ildən Respublika İncəsənət Gimnaziyasında orta təhsilimə davam etmişəm. 2021-ci ildə gimnaziyanı əla qiymətlərlə bitirmişəm.

2021-ci ildə UNEC-in  Maliyyə və mühasibat  fakültəsinin “Maliyyə” ixtisasına daxil olmuşam. Hazırda 2-ci kursda təhsil alıram. Universitetdə ilk olaraq, THİK-də fakültə üzrə fəaliyyət göstərmişəm. Bir müddət sonra isə THİK-in PR (Public Relations)  departamentinin sədri təyin edilmişəm.

Universitet tərəfindən keçirilən bir çox tədbirlərdə, layihələrdə, həmçinin, bir çox respublika səviyyəli tədbirlərdə yaxından iştirak etmişəm. Rəhbərlik tərəfindən sertifikatlarla təltif olunmuşam.

RİİB təşkilatının, “Davam” Gənclər Hərəkatının, UNEC 24/7 kitabxanasının könüllülər komandasının, Yeni Azərbaycan Partiyasının və UNEC THİK-in üzvüyəm.

Bundan sonrakı fəaliyyətimi UNEC Könüllüləri Təşkilatının sədri olaraq davam etdirmək istəyirəm.

Hörmətli UNEC tələbələri, hər birinizin dəstək olacağınızı ümid edirəm. Hər şey daha da yaxşı olacaq!

Sərxan Yusibov

 25 iyun 2004- cü ildə Rusiya Federasiyasında anadan olmuşam. 2021-ci ildə Gəncə şəhər 19 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirərək, UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” ixtisasına qəbul olmuşam. Hazırda II kursda təhsil alıram.

hsil aldığım dövrdə UNEC-in sosial-ictimai həyatında fəal iştirak etmişəm. I kursda Rəqəmsal Könüllülər Təşkilatının İqtisadiyyat və idarəetmə fakültəsi üzrə sədri olmuşam. Bu vəzifəni icra etdiyim müddətdə bir sıra uğurlu təlim və seminarların təşkilatçısı olmuşam və təşkilat tərəfindən uğurlu fəaliyyətimə görə sertifikata layiq görülmüşəm.

Bunlarla yanaşı, UNEC THİK-in üzvüyəm və şəxsi startap layihəm var. Layihəm KOBİA tərəfindən Sturt-Up şəhadətnaməsi alıb. Hazırda layihənin həyata keçirilməsi ilə bağlı çalışmalarımı davam etdirirəm.

Vüsal Quluzadə

1 may 2003-cü ildə Beyləqan rayonunda anadan olmuşam. 2009-cu ildə Beyləqan rayon Yuxarı Kəbirli kənd tam orta məktəbinə daxil olmuşam və 2020-ci ildə həmin məktəbdən məzun olmuşam. Məktəbdə təhsil aldığım müddətdə müxtəlif tədbirlərdə, yarışlarda, müsabiqələrdə iştirak etmişəm və mükafatlara layiq görülmüşəm.

2020-ci ildə UNEC-in Biznes və menecment fakültəsinin “Beynəlxalq ticarət və logistika” ixtisasına qəbul olmuşam. Hazırda III kursda təhsil alıram.

Universitetdə təhsil aldığım müddətdə həm universitetdaxili, həm də universitetdən kənar təşkilat və proqramlara qoşulub, yeni təcrübə və biliklər əldə etmişəm. Universitetdən kənar fəaliyyətim əsasən könüllülük təşkilatlarında olub. Bir könüllü, Asan Xidmət könüllüləri, Turizm könüllüləri təşkilatı, “Davam” Gənclər Hərəkatı, “Gənc könüllü” İctimai Birliyi, İrəli İctimai Birliyi, Azərbaycan İdman Könüllüləri təşkilatlarının üzvüyəm.

Universitetin bir çox tələbə təşkilatlarına üzv olmuşam, həmçinin UNEC Rəqəmsal Könüllülər Təşkilatında fakültə sədri kimi fəaliyyət göstərmişəm. Seçkilərədək UNEC Könüllülər Təşkilatında sədr müavini olaraq fəaliyyətimi davam etdirirdim.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!