UNEC Tələbə Elmi Cəmiyyətinə sədrlik üçün namizədlər

18 May 2023
view243
Tələbə

Mayın 23-də UNEC-də tələbə təşkilatlarına sədr seçkiləri keçiriləcək.

UNEC-in Tələbə Elmi Cəmiyyətinə (TEC) sədrlik üçün namizədliyini verən tələbələrin platformalarını və tərcümeyi-hallarını təqdim edirik.

Jalə Teymurlu

10 fevral 2004-cü ildə Bakı şəhərində anadan olmuşam. 2010-2019-cu illərdə 132-134 saylı Təhsil Kompleksində, 2019-2021-ci illərdə isə təhsilimi 225 saylı tam orta məktəbdə davam etdirmişəm. 2021-ci ildə keçirilən qəbul imtahanında 560 bal toplayaraq, UNEC-in  Maliyyə və mühasibat fakültəsinin “Maliyyə” ixtisasına qəbul olmuşam. Hazırda bu fakültənin II kurs tələbəsiyəm. Ümumi Orta Müvəffəqiyyət Göstəricim 87.83 baldır. Universitetin ictimai-sosial həyatında fəal iştirakıma görə universitet rəhbərliyi tərəfindən sertifikat və təşəkkürnamələrlə təltif olunmuşam. Zəfər Gününə həsr olunmuş inşa müsabiqəsində fəal iştirakıma  görə sertifikat almışam.

2017-ci ildə “Heydər Əliyev və Azərbaycan tarixi” kitabında ilk elmi məqaləm dərc olunub. 2022-ci ildə “Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” illik siyasi məktəbinin məzunu olaraq diplomla təltif olunmuşam. 2022-ci ildə “Partners and Business” Yerli Şirkətlərin Tanıtım sərgisinin təşkilində rəhbəri olduğum komandanın aktiv fəaliyyətinə görə “Marsol MMC” rəhbərliyi tərəfindən sertifikata layiq görülmüşük. 2022-ci ilin sentyabr ayınadək Maliyyə və mühasibat fakültəsi üzrə THİK idarə heyəti üzvü, həmin ilin sentyabrından etibarən UNEC THİK idarə heyətinə üzv seçilmişəm.

Yeganə Vəliyeva

31 dekabr 2002-ci ildə Xaçmaz rayonunda anadan olmuşam. 2009-2018-ci illərdə Qaradağ-Buduq kənd ümumi orta məktəbində, 2018-2020-ci illərdə isə Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseydə təhsil almışam. 2020-ci ildə Türk Dünyası İqtisad Fakültəsinin “Biznesin idarə edilməsi” ixtisasına qəbul olmuşam. Hazırda III kursda təhsil alıram. Ümumi Orta Müvəffəqiyyət Göstəricim 90-dır. Təhsil aldığım dövrdə UNEC-in sosial-ictimai həyatında fəal iştirakıma görə universitet rəhbərliyi tərəfindən sertifikat və təşəkkürnamələrlə təltif olunmuşam. “Magistratura.Az” Təhsil Mərkəzinin  Heydər Əliyevin 100 illiyinə həsr olunan "Gələcək Təhsildədir" olimpiadasında sertifikatla təltif olunmuşam.

8 noyabr -Zəfər günü və Şuşa ilinə həsr olunmuş "Şuşanın iqtisadi dirçəldilməsi - Azərbaycanın tərəqqisinin yeni zirvəsidir" adlı ümumrespublika elmi məqalə musabiqəsində fərqləndiyimə görə sertifikatla təltif edilmişəm.

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ümummilli lider Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda UNEC-də tələbələr arasında keçirilmiş bilik yarışında 3-cü yerin sahibi olmuşam və diploma layiq görülmüşəm.  

2023-cü ilin yanvar ayından TUDİFAK-ın fakültə üzrə təşkilat sədri olmuşam.

Nihat Kərimov

10 iyul 2003-cü ildə Siyəzən şəhərində anadan olmuşam. 2009-2020-ci illərdə Siyəzən şəhəri 2 saylı tam orta məktəbində təhsil almışam. 2020-ci ildə qəbul imtahanında 398 bal toplayaraq, UNEC Mühəndislik fakültəsinin "Qida mühəndisliyi" ixtisasına daxil olmuşam. Hazırda III kursda təhsil alıram. Ümumi Orta Müvəffəqiyyət Göstəricim 87-dir. Təhsil aldığım dövrdə UNEC-in sosial-ictimai həyatında fəal iştirak etmişəm, eyni zamanda universitet rəhbərliyi tərəfindən sertifikat və təşəkkürnamələrlə təltif olunmuşam. Tələbə Elmi Cəmiyyətində sədr müaviniyəm. Bir müddət UNEC “Future Club”da müşavir olmuşam.

MAYT (Modern Azərbaycan Yeniliklər və Təcrübə Mərkəzi) təşkilatında ingilis dili qrupuna 5 ay rəhbərlik edib, sertifikat almışam. 2022-ci ildə UNEC Future Club ilə birlikdə hazırladığım “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı tədbirin təşkilatçısı olmuşam. TEC nəznində fəaliyyət göstərən “Gənc Mühəndis” dərnəyinin “Mühəndislikdə Yeni Dövr” adlı ikinci dəyirmi masasında çıxış etmişəm. AİESEC təşkilatı tərəfindən keçirilmiş “Müasir Dövrdə Qazanc” adlı tədbirdə sertifikat əldə etmişəm. TEC-in rəhbərliyi və təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş tədbirdə çıxış etmişəm.

sirli Fərid

16 may 2003-cü ildə Bakı şəhərində anadan olmuşam.

2009-2018-ci illərdə Yasamal rayonu 158 saylı tam orta məktəbdə, 2018-2020-ci illərdə isə Bərdə şəhəri 1 saylı tam orta məktəbdə təhsil almışam.

2020-ci ildə qəbul imtahanında 571.3 bal toplayaraq UNEC-in Maliyyə və mühasibat fakültəsinin "Maliyyə" ixtisasına daxil olmuşam. Hazırda təhsilimi SABAH qruplarında davam etdiririəm, 3-cü kurs tələbəsiyəm.

UNEC-in sosial-ictimai həyatında fəal iştirak etmişəm. Sertifikat və təşəkkürnamələrlə təltif olunmuşam. TGT MMF-in idarə heyətində İntellektual klubun sədr müavini və Conversation clubunun sədri, daha sonra isə TEC SABAH-ın idarə heyətində layihə meneceri və sədr müavini olmuşam.

ASAN, DOST, Miqrasiya, RİİB, BİR, CAVAN, DAVAM, İrəli, Böyük Qayıdış və s. təşkilatların üzvü olmuşam və fəaliyyətimlə  fərqlənmişəm.

2022-ci il 2 fevral Gənclər Günü münasibəti ilə ATGTİ tərəfindən "İlin tələbəsi" sertifikatı, 2022-ci il 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibəti ilə "İlin Fəal Könüllüsü" diplomu ilə mükafatlandırılmışam.

Elmin hər zərrəsini öyrənək!

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!