UNEC tələbəsi ol, Ege Universitetinin də diplomunu qazan!

17 İyul 2023
view128
Tələbə

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramına start verilib.

Proqram “Qida mühəndisliyi” ixtisasında təhsil almaq istəyən abituriyentlər üçün nəzərdə tutulub. Azərbaycan vətəndaşı olan abituriyentlər proqramda iştirak edə bilmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlardan qənaətbəxş balı topladıqdan sonra, ixtisas seçimi zamanı ““Qida mühəndisliyi” ixtisası Ege Universiteti ilə birgə proqram”ın ixtisas kodunu qeyd etməlidirlər.

Proqramda iştirak etmək istəyən abituriyentlərin DİM qəbulu ilə yanaşı, TRYÖS (Türkiye Yabancı Öğrenci Sınavı) və ya EgeYös imtahanından zəruri balı (200) yığması, eləcə də türk dilindən C1 sertifikatını (TÖMER, TÖBİR və ya Yunus Əmrə İnstitutu) əldə etməsi tələb olunur.

Proqrama qəbul sayı 20 nəfərdir. Tələbələr I və IV tədris ilində UNEC-də, II və III tədris ilində isə Ege Universitetində təhsil alacaqlar. Ege Universitetində tədris türk dilində aparılacaq. Proqramda iştirak ödənişlidir.

Proqramı uğurla bitirən tələbələr məzun olduqda, həm UNEC-in, həm də Ege Universitetinin diplomunu əldə edəcəklər.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!