UNEC tələbəsinin unudulmaz günü: “Gözlə Məni” şeirlər kitabının təqdimatı

15 Dekabr 2021
view189
 

UNEC-in tələbəsi Məhsim Bədirxanlının “Gözlə Məni” şeirlər kitabının təqdimatı və imza günü keçirilib.


Kitab UNEC rəhbərliyinin dəstəyi ilə İqtisad Universitetinin nəşriyyatında dərc olunub.

UNEC-in 2 saylı tədris binasının kitabxanasında təşkil olunan təqdimat və imza günündə UNEC KİM-in direktoru Adilə Abdullayeva, UNEC İnklüziv mərkəzinin koordinatoru Sevinc Məhsimova, müəllim və tələbələr, həmçinin Məhsim Bədirxanlının valideyni də iştirak edib.

Təqdimata gələnlər Məhsim Bədirxanlını təbrik edərək, ona təhsilində və yaradıcılığında uğurlar arzulayıblar.

UNEC-in Qiyabi və əlavə təhsil mərkəzinin 3-cü kursunda təhsil alan Məhsim Bədirxanlı kəllə beyin travması əlaməti əlilliyi olan tələbədir. “Gözlə Məni” şeirlər toplusu uşaqlıqdan şeir yazan Məhsim Bədirxanlının ilk kitabıdır.

*

https://news.unec.edu.az/xeber/105-telebe/8226-unec-telebesinin-unudulmaz-gunu-gozle-meni-sheirler-kitabinin-tegdimati

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!