Humanitar fənlər kafedrası haqqında
UNEC-in Elmi Şurasının 18.09.2015-ci il tarixli qərarının icrasını təmin etmək məqsədilə “Azərbaycan tarixi”, “Fəlsəfə” və “Politologiya” kafedralarının bazasında 13.07.2016-cı il tarixdən “Humanitar fənlər” kafedrası yaradılmışdır.
«Politologiya» kafedrası «Elmi kommunizm» adı altında 1971-ci ildən fəaliyyətə başlamışdır. 1993-cü ildən sonra müasir dövrün tələblərinə uyğun olaraq «Politologiya və sosiologiya» kafedrası adlandırılmışdır. 1995-1999-cu illərdə «Hüquq» kafedrası «Politologiya» kafedrası ilə birləşmiş və o, «Politologiya və hüquq» kafedrası kimi fəaliyyətdə olmuşdur. Sonradan hüquq ixtisası «İqtisadiyyatın dövlət tənzimlənməsi» kafedrası ilə birləşdiyindən «Politologiya və sosiologiya» ayrıca kafedraya çevrilmişdir.
Kafedraya 1971-1981-ci illərdə prof. Z.İ.Məmmədov, 1981-1986-ci illərdə prof. V.Paşayev, 1986-1993-cü illərdə prof. Z.İ.Məmmədov, 1993-1995-ci illərdə O.Əfəndiyev, 1996-cı ildən 2010-cu ilə kimi kafedraya prof. Z.İ.Məmmədov rəhbərlik etmişlər.
Kafedra müəllimləri son illərdə 200-dən çox elmi məqalə dərc etmişlər. Onlar politologiya və sosiologiya fənlərinin tədrisində qabaqcıl üsul və metodlardan istifadə edirlər.
“Fəlsəfə” kafedrası 1966-cı ildə yaradılmışdır.
1966-1976-cı illərdə kafedraya fəlsəfə elmləri doktoru, professor Cəmil Əhmədli, 1976-2008-ci illərdə kafedraya fəlsəfə elmləri doktoru, professor Maqsud Cəlilov, 2007-ci ildən kafedraya professor Zakir Məmmədəliyev rəhbərlik edib.
Azərbaycan tarixi» kafedrası 1989-cu ilin oktyabr ayında, institut Leninqrad Maliyyə-İqtisad İnstitutunun filialı olan vaxt yaradılmışdır. 1989-1992-ci illərdə kafedra «Azərbaycan tarixi və xalq təsərrüfatı tarixi» adlanmış, 1992-ci ildən indiyədək isə «Azərbaycan tarixi» adı ilə fəaliyyətdədir.
1966-cı ildən fəaliyyət göstərmiş, t.e.n., dosent Qaçay Nəzər oğlu Heydərovun (1920-1990) rəhbərlik etdyi «İqtisadi tarix» kafedrasında 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində «Azərbaycan tarixi» kursu da keçirilmişdir. 1980-ci illərin birinci yarısında «İqtisadi tarix» kafedrasına i.e.d., professor Ə.Dilbazov başçılıq etmişdir.
Humanitar fənlər kafedrasının tədqiqat işləri
Kafedra təşkil olunandan bu günədək burada müasir fəlsəfə elminin ən müxtəlif istiqamətləri-dialektik materializm və idrak nəzəriyyəsi, fəlsəfə tarixi, sosial fəlsəfə, məntiq-psixologiya, etika, estetika, mədəniyyətşünaslıq və dinşünaslıq istiqamətləri və s. üzrə geniş elmi-tədqiqatlar aparılmış, çoxlu sayda əsərlər nəşr edilmişdir. Həmin əsərlərdən prof. C.Əhmədlinin «Qanun kateqoriyasının mahiyyətinə dair», «Dialektikanın qanun kateqoriyası», «ETİ və sosial inkişaf», prof. V.Paşayevin «İctimai qanunlar, onlardan istifadə edilməsi», «Sosial idrakın xüsusiyyətləri», prof. M.Cəlilovun «Fəlsəfənin əsasları», «ETİ və şəxsiyyətin dünyagörüşü», «Məişət, ənənə və din», «Azərbaycan fəlsəfəsi», dos. O.Əfəndiyevin «Aşıq poeziyasında estetik ideal», dos. D.Alməmmədovun «Sənin mənəvi gözəlliyin» və s. xüsusilə qeyd etmək olar.
Kafedrada hazırlanmış dərslik, dərs vəsaitləri, metodik işlər və proqramlardan respublikamızın bütün ali məktəblərində geniş istifadə olunur. Bunlardan prof. M.Cəlilovun «Fəlsəfənin əsasları» və «Dinşünaslığıın əsasları» dərsliklərini, prof. V.Paşayevin «Fəlsəfə» və «Mədəniyyət fəlsəfəsi» adlı dərs vəsaitlərini və s. xüsusilə qeyd etmək olar.
Kafedra müəllimləri son illərdə 200-dən çox elmi məqalə dərc etmişlər.
Kafedrada tədrisin keyfiyyətinin yaxşılaşdırılması, onun günün tələbləri səviyyəsinə qaldırılması məqsədilə çoxlu sayda dərslik, dərs və metodik vəsaitlər yazılmış və nəşr edilmişdir. Kafedrada dos. N.Süleymanovun «İqtisadi tarix» və «Azərbaycanın iqtisadi tarixi» adlı dərs vəsaitləri, prof. Ə.Dilbazovun, prof. H.Cəfərovun, dosentlər V.Həsənovun, M.Paşayevanın, R.Axundovun, O.Salmanovanın yazdıqları metodik vəsaitlər, göstəriş və proqramlar tələbələrin tədris vəsaitləri ilə tam təmin olunmasına imkan vermişdir.
“Azərbaycan istehsal təsərrüfatı və dövlətçiliyin inkişafı tarixinin problemləri» mövzusunda çoxsaylı elmi-tədqiqat işləri aparılır. Kafedra əməkdaşları Azərbaycan tarixinin müxtəlif sahələrinin tədqiqində universitetin profilinə uyğun olaraq iqtisadyönümlü problemlərin işıqlandırılmasına üstünlük verirlər. Buraya tarixi aspektdən istehsal təsərrüfatının formalaşması, mülkiyyət formaları, vergi sistemi, maliyyə, büdcə məsələləri, mədəni-iqtisadi əlaqələr, ilkin pul vahidlərinin tətbiqi, pul dövriyyəsi və s. kimi aktual problemlər daxildir. Tədqiqatların nəticələri respublika və xarici nəşriyyatlarda işıqlandırılıb, respublika, regional və beynəlxalq səviyyəli konfrans və simpoziumlarda məruzələr edilib.
Əsas nəşrlər:
“Politologiya” – dərs vəsaiti, “İqtisadiyyat Universiteti” nəşriyyatı, 2004.
“Sosiologiya” – dərslik. “İqtisadiyyat Universiteti” nəşriyyatı, 2004.
“Politologiya” (qiyabi təhsil alan tələbələr üçün dərs vəsaiti),
Bakı, “İqtisadiyyat” nəşriyyatı, 2006
“Demokratik cəmiyyət şəraitində şəxsiyyət və siyasət”, Bakı, “Nurlan”-2000.
Humanitar fənlər kafedrasının strukturu
Professor-müəllim heyəti:
- tar.e.d., prof. Həsənov Vəkil Səfiyar (kafedra müdiri)
- fəl.e.d., prof. Məmmədəliyev Zakir Qurban
- tar.e.d., prof. Paşayeva Məhəbbət Tofiq
- tar.e.d., prof. Süleymanov Nizami Məmməd
- fəl.e.d., prof. Məmmədova Afaq Sultan
- t.e.n., dos. Qurbanov Ramin Müsü
- tar.e.n., dosent Axundov Rafiq Sabir
- fəl.f.d., dos. Mustafayeva Hümeyrə Teymur
- tar.e.n., dosent Fərzəliyev Yusif Bahadur (0.5)
- psix.e.n., dos. Əliyeva Validə Rəcəb
- fəl.f.d., dos. Piriyeva Günay Rza
- sos.f.d., dos. Niftaliyev Telman Əlimusa
- fəl.e.n., dos. Hümmətova Lətafət Ələsgər (0.75)
- tar.e.n., dos. Abbaslı Xədicə İsmayıl
- siy.f.d., dos. Həmidova Leyli Əli (0.75)
- sos.f.d., dos. Əhmədov Bədəl Əsədulla
- fəl.e.n., dos. Məmmədova Nazilə Mürsəl (0.5)
- b/müəl. Həsənova Cəmilə Vaqif
- b/m. Babayev İbrahim Məmməd
- b/m. Məmmədov Nafiq Ənsər
- b/m. Sultanova Gülnarə İmran
- müəl. Verdiyev Rafiq Sahniyar
- müəl. Məhərrəmova Svetlana Telman
- müəl. Əhmədova Sevda Musa
- müəl. Musayeva Zəkiyyə Surxay (0.75)
- müəl. Mirzəbəyova Şəhla Saməddin (0.25 şt.)
*
Məsləhətçilər:
- fəl.e.d. Əfəndiyev Osman Nəsrəddin (məsləhətçi-professor)
- tar.e.d., məsləhətçi- prof. Cəfərov Hidayət Fərrux
Humanitar fənlər kafedrasının tədbirləri
“Humanitar fənlər” kafedrasının xəbərləri UNEC NEWS-da
UNEC-də Konstitusiya Günü (10.11.2017)
“Yeni dünya çağırışları: Azərbaycan və İslam” (25.10.2017)
Tələbə Elmi Konfransı: “Mədəni və mənəvi müxtəlifliyin birliyi” (01.06.2017)
Azərbaycanın İslam dünyasında yeri və rolu (19.04.2017)
UNEC tələbələri Litva universitetində Xocalı faciəsindən danışıb (24.02.2017)
UNEC-də elmi seminar: Tolerantlığın Azərbaycan modeli (16.11.2016)
UNEC müəllimi Akdeniz Universitetində Azərbaycan tarixindən danışıb
Humanitar fənlər kafedrasının müdiri
t.e.d., prof. Vəkil Səfiyar oğlu Həsənov
Tədris Binası: II korpus
Ünvan: Bakı, Həsən Əliyev küçəsi, 135
Telefon: +(994) 12 564-40-07
İş saatları: 9.00 - 18.00
e-mail: [email protected]
Humanitar fənlər kafedrası əlaqə
Tədris Binası: II korpus
Ünvan: Bakı, Həsən Əliyev küçəsi, 135
Telefon: +(994) 12 564-40-07
İş saatları: 9.00 - 18.00
e-mail: [email protected]