Dizayn kafedrası haqqnda
“Dizayn” kafedrası 1999-cu ilin yanvarından fəaliyyətə başlamışdır.
Kafedrada Toxuculuq və yüngül sənaye mallarının bədii layihələndirilməsi (dizayn), habelə Tikiş məmulatlarının konstruksiya edilməsi ixtisasları üzrə bakalavr və magistr pillələrində kadr hazırlığı aparılır.
Kafedra üzrə bakalavr pilləsində 15 fənn, magistr pilləsində isə 9 fənn tədris olunur. Bütün fənlər proqram və tədris vasitələrilə təmin olunmuşdur.
Kafedra əməkdaşları tərəfindən 2001-2010-cu illərdə 2 monoqrafiya, 17 dərslik, 3 dərs vəsaiti, 28 tədris proqramı, 4 metodik göstəriş, 65 məqalə, 33 tezis nəşr etdirilmişdir.
“Toxuculuq və yüngül sənaye sahələrində tətbiq olunan dizayn elementlərinin analizi” adlı problemə uyğun olaraq “Toxuculuq və yüngül sənaye sahələrində istehsal olunan məhsulun xarici görünüşündəki dizayn elementlərinin tətbiqinin analizi” adlı ümumi mövzu üzərində tədqiqat işi aparılır.
Kafedra əməkdaşları respublikamızda hal-hazırda fəaliyyət göstərən müəssisə, təşkilatlar, firmalar və s. ilə sıx əlaqə saxlamaqla, zamanın tələblərinə cavab verən malların yaraşıqlı, zövqə uyğun istehsalı üçün elmi axtarışlarını davam etdirməkdədirlər:
- Müasir modanın istiqamətindən asılı olaraq cəmiyyətin zövqünə müvafiq məmulat istehsalında dizayn elementlərinin səmərəli tətbiqi üçün tövsiyələr irəli sürülmüşdür;
- Hal-hazırda respublikada fəaliyyət göstərən toxuculuq və yüngül sənaye müəssisələrinin rəhbərliyi ilə sıx əlaqə saxlanılmaqdadır;
- Magistraturada təhsillərini davam etdirən mütəxəssislərin dissertasiya işi mövzuları kafedrada aparılan elmi-tədqiqat işi mövzuları ilə əlaqəlidir;
- Elmi axtarışların nəticələri əsasında istehsal olunan məhsulların texnoloji hazırlanma şəraitinin təhlilinə istinadla çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar tövsiyələr verilmişdir;
- Respublikanın aparıcı müəssisələri, firmalar, atelyeler və digər istehsal sahələrinin mütəxəssisləri ilə ilboyu əlaqə saxlanılır, texniki heyətlə görüşlər keçirilir, irad və təkliflər müzakirə olunur.
*
Kafedra əməkdaşlarının respublikada istehsal olunan geyim çeşidlərinin dizayn elementləri ilə bəzədilməsi, məhsulun keyfiyyətinin yüksəldilməsi sahəsində apardıqları elmi axtarışlar həm nəzəri, həm də praktiki cəhətdən böyük əhəmiyyət kəsb edir. Dövlət büdcəli elmi-tədqiqat işləri çərçivəsində əldə olunmuş nəticələr tətbiq üçün kafedranın əsas bazası olan “Bakı Tikiş Evi” ASC-yə təqdim edilmişdir.
Kafedranın beynəlxalq əlaqələri genişdir. Türkiyənin Qazi Universiteti (Ankara), İzmirdəki Ege Universiteti, Dənizli şəhərindəki Pamukkale Universiteti, habelə Moskva Dövlət Dizayn və Texnologiya Akademiyası, Kiyev Dövlət Yüngül Sənayenin Texnologiyası Universiteti ilə sıx əlaqə saxlayır. Azərbaycan Moda Assosiasiyası ilə fəal əməkdaşlıq münasibətləri formalaşmışdır.
Dizayn kafedrasının tədqiqat işləri
Əsas nəşrlər:
1. Gön-dəridən olan məmulatların konstruksiyası (Azərbaycan Respublikası Maarif Nəşriyyatı “Çaşıoğlu” B., 1996 (dərslik)).
2. Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsinin əsasları (Bakı, 2004 (dərslik)).
3. Gömrük ekspertizasının təşkili (G., AKTA nəşriyyatı 2004 (dərslik)).
4. Tikiş fabriklərinin layihələndirilməsi (BDU nəşriyyatı B., 2008 (dərs vəsaiti)).
5. ALS ilə geyimlərin konstruksiya edilməsi (ATU-nin mətbəəsi, B., 2009 dərslik (I-hissə), dərslik).
6. Dizayn reklamı (Rus dilindən dərsliyin tərcüməsi, B., 2010).
7. ALS ilə geyimlərin konstruksiya edilməsi (Məşğələ dərslərinin yerinə yetirilməsi üçün dərs vəsaiti, B., 2010).
Dizayn kafedrasının strukturu
Professor-müəllim heyəti:
- fəl.f.d., dosent Qasımova Elfanə Nəsimi (kafedra müdiri)
- m.e.n. dos. Ağamalıyeva Yeganə Çərkəz
- s.f.d., dos.Novruzova Mehriban Qəzənfər
- s.f.d., dos. Məmmədova Lalə Hamlet
- b/m. Abdullayeva Şəhla Fərəməz
- b/m. Cəfərova Lilipar Əli
- b/m. Dadaşova Aidə Sahib
- f.f.d. Rzayeva Aynur Qəhrəman
- b/m. Əliyev Əli İsmayıl
- b/m. İskəndərov Anar Hüseyn
- b/m. Ağayeva Aytən Əliağa (0.5) [UNEC Dizayn məktəbinin Katibi]
- b/m. Salehzadə Gülçöhrə Saleh
- b/m. Hüseynova Nisəxanım Böyükağa
- müəl. Cavadzadə Günay Əfrasiyab
- müəl. Yusifkənan Aytən Elman
- müəl. İsayeva İlahə Sabir
- müəl. Namazova Nərminə Tahir
- müəl. Şərifli Şəhla Valeh
- müəl. Bayramova Ülkər Vəli (0.5)
- müəl.Tağızadə Lalə Rəhman
- müəl. Safranova Lidiya Andreyevna
- müəl. Xəlilova Arzu Azər
- Qafarova Lalə Vasif
- Namazova Pərvin Əhməd
- Nuriyeva Sevinc Arif
- Məmmədzadə Tünzalə Adışirin
Dizayn kafedrasının müdiri
fəl.f.d., dosent Elfanə Nəsimi qızı Qasımova
Tədris Binası: III korpus
Ünvan: Bakı, Murtuza Muxtarov, 194
Telefon: +(994)12 492-59-03 (13-22)
İş saatları: 9.00 - 18.00
e-mail: [email protected]
Dizayn kafedrası ilə əlaqə
Tədris Binası: III korpus
Ünvan: Bakı, Murtuza Muxtarov, 194
elefon: +(994)12 492-59-03 (13-22)
İş saatları: 9.00 - 18.00
e-mail: [email protected]