Bizes və logistika kafedrası haqqında




UNEC-in Elmi Şurasının 16 sentyabr 2022-ci il tarixli iclasının qərarına əsasən ,,Biznesin idarə edilməsi” kafedrasının adı dəyişdirilələrk “Biznes və logistika” kafedrası adlandırılmışdır.

UNEC-in Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının EŞ 183 №-li Qərarının icrasını təmin etmək məqsədilə 02.09.2022-ci il tarixdən “Ticarət və gömrük işinin təşkili” və “Menecment” kafedraları ləğv edilsin və “Biznesin idarə edilməsi” kafedrasına birləşdirilmişdir. 

Azərbaycan Dövlət İqtisad Universitetində 2001-ci ildə yeni ixtisas – “Biznesin təşkili” və  “İdarəetmənin təşkili” kafedraları yaradılmışdır. 2008-ci ildə həmin kafedralar birləşdirilərək “Biznes inzibatçılığı” kafedrası adlandırılmışdır.  Yarandığı vaxtdan 2008-ci ilədək “Biznesin təşkili” kafedrasına i.e.d., professor AR-nın əməkdar müəllimi Alıcan Abbasov, “İdarəetmənin təşkili” kafedrasına isə i.e.n.prof. AR-nın əməkdar iqtisadçısı Rəhim Rəhimov rəhbərlik etmişdir.  2008-2011 ci illərdə “Biznesin inzibatçılığı” kafedrasına rektorun müvafiq əmri ilə i.e.d., professor Alıcan Abbasov rəhbərlik etmişdir.

2011-ci ilin noyabr ayından etibarən  kafedra “Biznesin idarə edilməsi” adı altında fəaliyyət göstərib.

11 noyabr 2011-ci il tarixindən etibarən “Biznesin idarə edilməsi”  kafedrasının  müdiri vəzifəsinə iqtisad üzrə fəlsəfə doktoru, dosent, AR-nın əməkdar müəllimi Məhəmməd Ələkbər oğlu Əliyev seçilmişdir. Hazırda kafedra “Biznes və logistika” adlanır.

Universitetdə Tədris prosesinin təşkilinin təkmilləşdirilməsi ilə əlaqədar UNEC-in Elmi Şurasının 29.06.2018-ci il tarixli iclasının qərarının icrasını təmin etmək məqsədilə “Marketinq” kafedrası 10.07.2018-ci il tarixdən ləğv edilmişdir. Ləğv edilmiş “Marketinq” kafedrasının əməkdaşları “Biznesin idarə edilməsi” kafedrasının ştat cədvəlinə daxil edilmişdir.

“Biznesin idarə edilməsi ”kafedrasının böyük elmi potensialı vardır.

Belə ki, hal-hazırda kafedrada 2 iqtisad elmlər doktoru: Abbasov Alıcan Bayramalı oğlu (məsləhətçi professor), Muradov Rəşad Şahbaz oğlu (professor)

15 nəfər iqtisad üzrə fəlsəfə doktoru: Əliyev Məhəmməd Ələkbər oğlu; Əhmədov Mirağa Məhərrəm oğlu; Həsənov Niyazi Əlikram oğlu; Xeyirxəbərov İsmayıl Mahmud oğlu; Aşurov Alı Sarı oğlu; Novruzova Sevinc Əzim qızı; Ağarzayev Azər Hüseyn oğlu; Şükürova Aygün Səfər qızı; Hüseynova Nigar Lətif qızı; Təhməzova Ayibə Əyyub qızı; Aslanova Afaq Fərhad qızı; Muradova Hicran Rafiq qızı, Rüstəmova Samirə Rasim qızı, Mahmudova Vəfa Oruc qızı, Məmmədova Simuzər Sultan qızı

Bunlardan 9 nəfər dosent: Əliyev Məhəmməd Ələkbər oğlu; Əhmədov Mirağa Məhərrəm oğlu; Həsənov Niyazi Əlikram oğlu; Xeyirxəbərov İsmayıl Mahmud oğlu; Aşurov Alı Sarı oğlu; Novruzova Sevinc Əzim qızı; Ağarzayev Azər Hüseyn oğlu; Şükürova Aygün Səfər qızı, Muradova Hicran Rafiq qızı.

7 nəfər elmi dərəcəsi olmayan müəllim: Qasımov Əlislam İsrail oğlu; Əkbərov Elbrus Həsən oğlu; Bədirov Murad Rəşid oğlu; Mustafazadə Teyyub Tofiq oğlu; Quliyeva Kifayət Nazim qızı; Abdullayeva Aygün Valeh qızı; Cabbarov Ramil Şahin oğlu.

4 nəfər köməkçi heyət faəliyyət göstərir.

Son 10 ildə “Biznesin idarə edilməsi” kafedrası üzrə 10 iqtisad üzrə fəlsəfə doktoru və 1 elmlər doktoru dissertasiya işi müdafiə olunmuşdur.

Kafedranın elmi istiqamətini Azərbaycanda biznes fəaliyyətinin təşkili və idarə edilməsinin aktual problemlərinin tədqiqi təşkil edir.

Hal-hazırda kafedraya təhkim olunmuş 19 doktorant və dissertant ölkə iqtisadiyyatına töhvə verəcək müxtəlif  səpkili müasir mövzular üzərində tədiqaqat işləri aparırlar.

Kafedra “Biznesin idarə edilməsi” və “Marketinq ”ixtisasları üzrə bakalavr  pillələrində yüksək ixtisaslı iqtisadçı kadr­ların hazırlanması ilə məşğul olur.

Müasir bazar iqtisadiyyatı sisteminin müəyyən prinsip və qanunauyğunluqları vardır ki,  bunlardan ən əsası rəqabətdir. Hazırda biznes vahidləri həcmindən, fəaliyyət sahəsindən, hüquqi formasından asılı olmayaraq rəqabət mühitində fəaliyyət göstərirlər. Belə bir şəraitdə onların nəinki uğur qazanmaları, ümumiyyətlə həyatda qalmaları və fəaliyyətlərini davam etdirmələri rəqabətqabiliyyətinə, rəqabət aparmaq güclərinə bağlıdır. Bu da yalnız biznesin idarə edilməsi üzrə müasir tələblərə uyğun yetişmiş ixtisaslı kadrların işə cəlb edilməsi ilə mümkündür.

“Biznesin idarə edilməsi” kafedrasının əsas məqsədi, müasir dövrün tələblərinə uyğun biznesi səmərəli, məhsuldar və mənfəətli həm təşkil, həm də idarə edəcək qabiliyyətlərə sahib kadrların yetişdirilməsidir.

“Biznesin idarə edilməsi” kafedrası respublikamızda “Biznesin idarə edilməsi” və “Marketinq” ixtisası üzrə bakalavr, magistratura və dok­torantura pillələrində yüksək ixtisaslı iqtisadçı kadr­ların hazırlanması ilə məşğul olan yeganə kafedradır. Azərbaycan Respublikasında Sahibkarlıq Ordusunun yaranmasında kafedranın əməyi böyükdür.

Kafedranın hədəflərinə, hər iki ixtisas üzrə praktiki, idarəetmə, ünsiyyət bacarıqları və qərar qəbuletmə bacarıqlarını aşılamaqla yanaşı yüksək idarəetmə qabliyyətinə malik biznesmenlər, həmçinin əsasən rəqiblər, vasitəçilər əlaqə­lən­diricilər, KİV və dövlət sek­to­runda məhsul, xidmət, paylama, reklam və qiy­mət­­ləndirmə üzrə tələbin təmin edil­məsi yollarını göstərirən  mar­ketoloqların hazırlanması daxildir. 

Kafedranın əsas məqsədi qloballaşmanın yalnız yerli çərçivədə deyil, həm də beynəlxalq ölçüdə nəzərə alınması yolu ilə getdikcə rəqabət mühitinə uyğunlaşa biləcək tələbələrə təhsil verməkdir.

“Biznesin idarə edilməsi” ixtisasının tədrisində əsas məqsəd iqtisadçı bakalavrlara biznes fəaliyyətinin təşkili və idarə edilməsinin nəzəri və praktiki məsələlərini, sahibkarlığın öncül sahələrinin inkişaf istiqamətlərini, biznes-layihələrini işlənib hazırlanması və reallaşdırılması mexanizmini, biznes-planın mahiyyəti və strukturunu, istehsal planını, investisiyanın planlaşdırılmasını, menecer qrupunun formalaşmasını, idarəetmə stilinin seçilməsini, biznesdə insan resurslarının idarə edilməsini, strateji idarəetmə və digər məsələləri öyrətməkdir.

Tələbə bu ixtisası bitirdikdən sonra biznesin növləri, onların məzmunu, biznes konsepsiyasının işlənib hazırlanması və fəaliyyət strategiyasının seçilməsini, qərb ölkələrində biznesin təşkili və idarə edilməsi sahəsində təcrübəni öyrənmə, Azərbaycanda biznes infrastrukturunu təşkil edən sərbəst bazarların formalaşması və inkişafının müasir vəziyyətini qiymətləndirmə imkanı əldə edəcək.

“Marketinq“ ixtisası tələbələrə şirkətlərin/müəssisələrin  öz məhsul və xidmətlərini kimlərə, harda, hansı formada satmağı öyrədir. Marketinq bazarın araşdırlmasını özündə ehtiva edir, bu araşdırmalar nəticəsində bazara alıcıların tələbatına uyğun və digər bazar subyektləri ilə rəqabətdə davam gətirə biləcək məhsul/xidmətlərin təklif olunmasını öyrənir. Məhsulun və ya xidmətin satılacağı hədər qruplarının müəyyən edilməsi, reklam olunması bu peşə sahiblərinin üzərinə düşür.

Müəssisələrdə dəyər yaratma fəaliyyətini həyata keçirərkən, istehlakçıların ehtiyaclarına uyğun istehsal etmək üçün onlara qulaq asmaq lazımdır. İstədiyində istədikləri məhsulları istədikləri ölkələrə təqdim etmək üçün bu sahədə çalışacaq ixtisaslı insanlara ehtiyac var.

Bu ixtisasdan məzun olan tələbələr reklam idarəçiliyi, ictimai əlaqələr, özəl sektorda satış sektoru və hökumət sektoru, məhsul idarəçiliyindən müştəri əlaqələrinə, logistikadan marketinq araşdırmalarına qədər müxtəlif peşəkar qruplarda işləyə bilər. Bundan əlavə, rəqəmsal marketinq, e-ticarət, yeni və qloballaşan dünya ehtiyacları və peşə sərhədlərinin itməsi konsepsiyası sərhədləri kimi yönəldilə bilər.

Hər iki ixtisasın tədris proqramları xarici universitetlərin təcrübələrinə əsasən hazırlanmışdır.

“Biznesin idarə edilməsi” kafedrasında təhsil alan tələbələrə təhsil prosesində iş həyatına hazırlıqla bağlı master klas, seminar, görüşlər kimi bir sıra tədbirlər həyata keçirilir. Bunlardan ən əhəmiyyətlisi istehsalat təcrübələridir. Təcrübələr bir qayda olaraq, ölkənin aparıcı müəssisələrində həyata keçirilir.




Biznes və logistika kafedrasının tədqiqat işləri




Kafedranın elmi istiqamətini Azərbaycanda biznes fəaliyyətinin təşkili və idarə edilməsinin aktual problemlərinin tədqiqi təşkil edir. 2020-ci ildə kafedranın professor-müəllim heyəti tərəfindən “Dövlət – xüsusi biznes institutunun formalaşması və inkişaf problemləri” mövzularında büdcə təyinatlı elmi-tədqiqat işləri yerinə yetirilmişdir. Elmi-tədqiqat işlərində əldə olunan nəticələr, təklif və tövsiyələr “AMV Consulting” şirkətində istifadə olunmaq üçün göndərilmişdir.

Eyni zamanda kafedra əməkdaşları yerli və xarici  nəşrlərdə, o cümlədən impakt faktorlu jurnallarda, Beynəlxalq konfranslarda  mütəmadi olaraq elmi əsərlərlə çıxışlar edirlər.Kafedra əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə yazılmış büdcə təyinatlı işlərinin nəticələri mühüm əhəmiyyət kəsb edir.

Kafedranın əməkdaşları tərəfindən son illər 250-dan çox elmi məqalə müxtəlif jurnallarda, o cümlədən 40 məqalə xarici ölkələrin nüfuzlu jurnallarında nəşr edilmişdir.

Kafedrada aşağıda adları qeyd edilən dərslik, dərs vəsaitləri, monoqrafiyalar AR Təhsil Nazırliyinin qrifi ilə nəşr olunmuşdur.

-Biznesin əsasları
-Biznesin təşkili və idarə edilməsi
-Korporativ idarəetmə
-Biznesdə insan resurslarının idarə edilməsi
-Maliyyə biznesi
-Biznes əlaqələri
-Biznes plan
-Biznesin təhlükəsizliyi
-Biznesin etikası
-Kiçik və orta sahibkarlıq subyektlərinin idarəedilməsi
-Xidmət sahələrinin marketinqi
-İstehlakçı davranışının idarə edilməsi
-Marketinq tədqiqatları




Biznes və logistika kafedrasının fənləri




Kafedrada tədris olunan fənlər:

  • Biznesin əsasları
  • Beynəlxalq biznes
  • Biznesdə innovasiyaların idarə edilməsi,
  • Biznesin etikası
  • Reklam işi
  • Biznesin təhlükəsizliyi
  • Biznes strategiyası
  • Sahibkarlıq fəaliyyəti və biznesə giriş
  • Sosial sahibkarlıq
  • Kiçik və orta sahibkarlıq subyektlərinin idarəedilməsi
  • Biznesin idarəedilməsində proqram təminatı
  • Proseslərin idarə edilməsi
  • Marketinq
  • Marketinq tədqiqatları
  • Beynəlxalq marketinq
  • Marketinqin kommunikasiya sistemi
  • İstehsal sahələrinin marketinqi
  • Xidmət sahələrinin marketinqi
  • İstehlakçı davranışları
  • Pərakəndə ticarət marketinqi
  • Strateji marketinq
  • Satışın idarə edilməsi
  • Rəqəmsal marketinq



Biznes və logistika kafedrasının foto-qalereyası







Biznes və logistika kafedrasının müdiri




dosent Məhəmməd Ələkbər oğlu Əliyev

Tədris Binası: IV korpus
Ünvan:  Bakı, A.Səhhət küçəsi, 45 A
Telefon: +(994) 12 440-33-67, 441-65-21
İş saatları: 9.00 - 18.00
e-mail: [email protected]




Biznes və logistika kafedrası ilə əlaqə




Tədris Binası: IV korpus

Ünvan:  Bakı, A.Səhhət küçəsi, 45 A

Telefon: +(994) 12 440-33-67, 441-65-21

İş saatları: 9.00 - 18.00

e-mail: [email protected]




Biznes və logistika kafedrasının strukturu




Professor-müəllim heyəti:

  1. i.e.n., dosent Əliyev Məhəmməd Ələkbər (kafedra müdiri)
  2. i.e.d., professor Muradov Rəşad Şahbaz
  3. i.e.d., prof., Həsənov Heydər Sərdar
  4. i.e.d., prof. Quliyeva Şəfa Tofik
  5. i.e.d., prof.Quliyev Müşviq Yelmar (ixtisas rəhbəri)  
  6. i.e.d., prof. Muradov Rövşən Şahbaz (Milli Məclisdə sektor müdiri)
  7. i.e.n., dos. Həsənov Niyazi Əlikram
  8. i.e.n., dos. Xeyirxəbərov İsmayıl Mahmud
  9. i.e.n., dos. Novruzova Sevinc Əzim
  10. i.e.n., dos.Məmmədov Məmməd Hümbət (ixtisas rəhbəri)
  11. i.e.n., dos.Ələskərova Aygün Ağasəlim
  12. i.e.n., dos.Mirzəyev Zakir İlyas 
  13. i.e.n., dos.Nəsibov Vüqar Nizami 
  14. i.e.n., dos.Quliyeva Nərmin Tofiq
  15. i.e.n., dos.Səfərova Validə Topu
  16. i.e.n., dos.Əkbərov Məhərrəm Qənbər
  17. i.e.n., dos. Əzizova Gülnarə Əsəbəli
  18. i.e.n.,dos. Xudiyeva Pikəxanım Tahir (İctimai əsaslarla kafed. müdir müavini)
  19. i.e.n., dos.Vəliyeva İradə Hətəm
  20. i.e.n., dos.Şəkərəliyeva Zibeydə Arif
  21. i.e.n, dos. İsmayılov İsmayıl Elman
  22. i.f.d., dos.Musayeva Sevil Nizami
  23. i.e.n., dos. Şükürova Aygün Səfər
  24. i.e.n., dos. Ağarzayev Azər Hüseyn
  25. i.f.d., dos. Muradova Hicran Rafiq (ixtisas rəhbəri)
  26. i.e.n, dos..Aslanova Müslümə Maqsud
  27. i.f.d., dos.Balabəyova Nərminə Şıxəmməddin
  28. i.f.d., dos.Dadaşova Mətanət İdris
  29. i.e.n., dos. Aşurov Alı Sarı 
  30. i.e.n, dos.Manafov Bahadır Nadir
  31. i.e.n., dos.Məmmədova İntizar İbrahim
  32. i.e.n., dos.İbrahimli Zülfüqar Hüseyn
  33. i.e.n., dos. Qəndilova Səadət Tağı (Tələbələrlə iş üzrə prorektor)
  34. i.f.d., dos.Vəliyev Anar Cümşüd (Rabitə nazirliyi)
  35. i.e.n., dos. Əhmədov Mirağa Məhərrəm (0.5) (BM fak. dekanı)
  36. i.f.d., dos.Muradov Rəşad Hüseyn (Ümumi şöbənin müdiri)
  37. i.e.n., dos.Səfərov Rəşad Akif (Rabitə Nazirliyi)
  38. i.f.d. b/m. Hüseynova Nigar Lətif
  39. i.f.d.b/m. Aslanova  Afaq Fərhad
  40. i.f.d., b/m. Təhməzova Ayibə Əyyub
  41. i.f.d., b/m.Rüstəmov Pərviz Hacı
  42. b/m. Qasımov Əlislam İsrail
  43. b/müəl. Abdullayeva Aygün Valeh 
  44. b/m.Zeynalova Aynur Teymur
  45. b/m. Məmmədova Dilfara Fərrux (UNEC-in fəxri dosenti)
  46. b/m.Sadıqova Zülfiyyə Əkbər
  47. b/m.Abdullayeva Gülnarə Akif
  48. b/m. Məmmədova İradə Cabbar
  49. b/m.Talıblı Məmməd Səfər
  50. i.e.f.d., b/m Hacıyeva Aytac Müzəffər
  51. i.f.d., b/m.Rzayeva Natəvan Məmməd
  52. i.f.d., b/m.Hüseynova Səkinə Yaqub
  53. i.f.d., b/m.Fərzəliyeva Süsən Vaqif
  54. b/m.Əkbərov Elbrus Həsən (BM fak. dekan müavini)
  55. i.f.d. Hüseynova Lamiyə Mavəddin
  56. i.f.d. Abdullayeva İradə Vaqif
  57. i.f.d. Mahmudova Vəfa Oruc
  58. i.f.d. Rüstəmova Samirə Rasim (ixtisas rəhbəri)
  59. i.f.d. Məmmədova Simuzər Sultan
  60. müəl.Məmmədova Aytəkin Oqtay
  61. müəl.  Mustafazadə Teyyub Tofiq
  62. müəl.Tağıyev Ayaz Rəhim
  63. müəl. İsmayılova Gülarə Köçəri
  64. müəl. Cəfərova Ülviyyə Yusif
  65. müəl. Quliyeva Kifayət Nazim 
  66. müəl. Bədirov Murad Rəşid

 

Məsləhətçi-professor

i.e.d., prof. Abbasov Alıcan Bayraməli