İqtisadiyyat kafedrası haqqında




UNEC-in Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının EŞ 183 №-li Qərarının icrasını təmin etmək məqsədilə 02.09.2022-ci il tarixdən “İqtisadi nəzəriyyə”, “Nəzəri və praktiki iqtisadiyyat”, “İqtisadiyyatın tənzimlənməsi” və  “Beynəlxalq iqtisadiyyat” kafedraları ləğv edilərək onların bazasında “İqtisadiyyat” kafedrası yaradılmışdır.


02.09.2022-ci il tarixinədək kafedralara istiqamətlər üzrə i.e.d.,prof.Əlican Pirican oğlu Babayev, i.e.d.,prof.Ümüdvar Qənbər oğlu Əliyev, i.e.d.,prof.Məhiş Alış oğlu Əhmədov və i.e.d.,prof. İrşad Abdul oğlu Kərimli rəhbərlik etmişlər. Qeyd olunan tarixdən i.ü.f.d., dos. Suqra İnqilab qızı Hümbətova kafedraların bazasında yaradılan “İqtisadiyyat” kafedrasının müdiri təyin edilmişdir. 
Kafedrada sayı 76 olmaqla yüksək elmi-pedoqoji potensiala malik professor-müəllim heyəti fəaliyyət göstərir. Onlardan 6 professor, 43 dosent, 16 baş müəllim və 11 müəllim iqtisad elminə və müasir əmək bazarına kadr hazırlığında öz töhfəsini verməkdədir. 
Bakalavriat və magistratura səviyyəsində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədris olunan fənlərin dünyanın aparıcı universitetlərinin müasir tədris planına uyğun yeni standart və metodlarının tətbiqi kafedranın prioritet məsələlərindəndir. 
Doktorantura pilləsində təhsilin əyani və qiyabi formasında iqtisad üzrə elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə təhsil alan doktorant və dissertantlara “İqtisadiyyat” kafedrasında aparıcı alimlər tərəfindən elmi rəhbərlik həyata keçirilir. 
5307.01-“İqtisadi nəzəriyyə”, 5308.01-“Ümumi iqtisadiyyat”, 5312.01-“Sahə iqtisadiyyatı”, 5310.01-“Dünya iqtisadiyyatı” və s. bu kimi iqtisad elm sahələri istiqamətində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələri almaq üçün doktorant və dissertantların tədris ilinə müvafiq attestasiya və ilkin müzakirələri təşkil olunur.
Tələbələrin elmi potensialının, bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə professor-müəllim heyətindən ibarət mentorların rəhbərliyi ilə fəaliyyət göstərən klublar müxtəlif tədbirlər həyata keçirirlər. 




İqtisadiyyat kafedrasının tədqiqat işləri




1. Babayev Ə.P. elmi redaktorluğu ilə müəllif kollektivi.
“İqtisadi nəzəriyyə”. Azərbaycan Dövlət İqtisad Universitetində tərcümə olunmuş Ali məktəb tələbələri üçün dərslik. 2008-ci il.

2. Babayev Ə.P. elmi redaktorluğu ilə müəllif kollektivi.
“İnstitusional iqtisadiyyat”. Azərbaycan Dövlət İqtisad Universitetində tərcümə olunmuş Ali məktəb tələbələri üçün dərslik. 2011-ci il.

3. Hümbətova S.İ., Quliyev İ.Q.
“İnvestisiya layihələrinin qiymətləndirilməsi”. Metodik vəsait. Azərbaycan Dövlət İqtisad Universiteti, 2023-cü il.

4. Əhmədov Ə.M. və başqaları
“Milli iqtisadiyyatın dövlət tənzimlənməsi”. Dərslik.  Bakı - 2012.


5. Mahmudov M.M.,  Mahmudova İ.M.
”Regionların sosial-iqtisadi inkişafının  tənzimlənməsi”.  Dərslik. Bakı - 2012.


6. Əhmədov  Ə.M  və başqaları.
“Makroiqtisadi təhlilin əsasları”. Dərs vəsaiti. Bakı. 2012.


7. Hətəmzadə F.E.
“Международное экономическое право”. Учебное пособие. UNEC “İqtisad Universiteti” Nəşriyyatı.
Bakı - 2016. 
 




İqtisadiyyat kafedrasının strukturu




  1. i.e.n., dos. Hümbətova Suqra İnqilab (kafedra müdiri) (0.5)
  2. i.e.d., prof. Qafarov Şamil Saleh
  3. i.e.d., prof. Nəbiyev Rasim Əmir
  4. i.e.d., prof. Bayramov Əvəz İslam (0.5)
  5. i.e.d., prof. Quliyev Müşfiq Yelmar (0.5)
  6. i.e.n., dos. Mahmudova İlhamə Məhəmədnəbi
  7. i.e.n., dos. Allazov Qəzənfər Sehvəddin (0.5)
  8. i.e.n., dos. Əliyeva Alina Məcid
  9. i.e.n., dos. Əmirova Fəridə Şamil
  10. i.e.n., dos. Sadıqov Namiq Ənvər
  11. i.e.n., dos. Rzayeva Şəhla Məhəmməd
  12. i.e.n., dos. Əliyeva Leyla Zakir
  13. i.e.n., dos. Nəzərəliyev Sadiq Binyamin
  14. t.e.n., dos. Gözəlova Solmaz Muxtar
  15. i.e.n., dos. Mehtiyev Azər Seyfalı
  16. i.e.n., dos. Novruzova Azadə Qadir
  17. i.e.n., dos. Xankişiyev Xankişi Səməd
  18. i.e.n., dos. Məmmədov İsa İsmayıl
  19. i.e.n., dos. Yusifov  Oqtay Yusif
  20. i.e.n., dos. Məmmədov Aydın Bayram
  21. i.e.n., dos. Əliyeva Dilşad Ziyad
  22. i.ü.f.d., dos. Rizayeva Vildan Zahid
  23. i.e.n., dos. Hüseynov Azər Məmməd
  24. h.ü.f.d., dos. Əliyeva Təranə İlyas
  25. i.e.n., dos. Məmmədov Sahib Məmməd
  26. i.e.n., dos. Eyvazova Nailə Kamal
  27. i.ü.f.d., dos. Pənahova Günay Məhiş
  28. t.ü.f.d., dos. Məmmədova Rəsmiyyə Mürsəl
  29. i.ü.f.d., dos. Abbasova Tamilla Cəlal
  30. i.ü.f.d., dos. Xankişiyeva Cəmalə Xankişi
  31. i.e.n., dos. Məmmədov Akif Bəylər (0.75)
  32. i.e.n., dos. Seyidov Ziyad Mirəziz (0.5)
  33. i.e.n., dos. Hacıyev Əli Vəli (0.5)
  34. i.e.n., dos. Hacılı Ələddin Atdıxan (0.5)
  35. i.ü.f.d., dos. Mürsəlov Müslüm Mürsəl (0.5)
  36. i.ü.f.d., dos. Hacıyev Ceyhun Gülməmməd (0.5)
  37. i.ü.f.d., dos. Hacıyev Qalib Bəhram (0.5)
  38. i.e.n., dos. Əliyev Müşrəvan Əli (Dekan müavini)
  39. i.e.n., dos. Bağırzadə Elşən Rəsul (Rektorun müşaviri) (0.5)
  40. i.e.n., dos. Qəribli Emin Adil (Qiyabi və əlavə təhsil mərkəzinin direktor müavini) (0.5)
  41. i.ü.f.d., dos. Eyvazov Elçin Təhməz (İqtisadiyyat fak. dekanı) (0.5)
  42. s.e.f.d., dos. Səmədov Pərviz Həbib (Katiblik) (0.5)
  43. i.ü.f.d., dos. Hacıyev Natiq Qədim (0.5)
  44. h.ü.f.d., dos. Mustafayeva Ərəbiyyə Ənvər (Elmi Katib) (0.5)
  45. i.ü.f.d., dos. Sərdarova Sevda Yusif (TMKTM-nin direktor müavini, şöbə müdiri) (0.5)
  46. tex.e.n., dos. Qurbanov Sadiq Haqverdi (0.25)
  47. h.ü.f.d., dos. Hətəmzadə Fərid Eldar (0.25)
  48. s.e.f.d., b/m. İbadova Aytən Habil
  49. h.ü.f.d., b/m. Səbzəliyeva Sevinc Zahir
  50. i.ü.f.d., b/m. Hüseynov Ərzuman Aydın
  51. b/m. Şirvanova Təranə Əmiraga
  52. b/m. Rəsul Ülviyyə Rasim
  53. b/m. Əhmədova Elza Eldar
  54. b/m. Qiyasova Zeynəb Həbibağa (İqtisadiyyat fak. dekan müavini, əvəz.)
  55. i.e.n., b/m. Mehdizadə Mehriban Mehdi  (0.5)
  56. i.ü.f.d., b/m. Quliyev Vüsal Mübariz  (0.5)
  57. i.ü.f.d., b/m. Salayev Rəşad Məhəmmədəli  (0.5)
  58. i.ü.f.d., b/m. Kazımova Əsli Xanhüseyn  (0.5)
  59. b/m. Tanrıverdiyev Səbuhi Miləddin (Qiyabi və əlavə təhsil mərkəzinin direktoru) (0.5)
  60. b/m. Mürsəlov Rahim Şirqazı (İqtisadiyyat fak. dekan müavini)  (0.5)
  61. b/m. Əliyeva Məhsəti Şahlar  (0.5)
  62. i.e.f.d. Quliyeva Aysel Əlican
  63. müəl. Əzimzadə Aslan
  64. b/m. Abbasova Sevda İsmayıl Cavid
  65. müəl. Vəliyeva Tamilla Qulam
  66. müəl. Musayeva Rəna Aydın
  67. müəl. Rüstəmova Gültəkin Ənvər (0.75)
  68. müəl. Əlibəyli-Abdullayeva Lamiyə Məmməd (0.75)
  69. müəl. Vəliyeva Günay Yaqub (0.5)
  70. müəl. Əliyeva Abuhəyat Müşirəvan (0.5)
  71. müəl. Rzayeva Xuraman İsmayıl (0.5)
  72. müəl. Dadaşzadə Gülmira Adil (0.5)
  73. müəl. Kərimova Nuriyyə Natiq (0.5)
  74. müəl. Məmmədova Vüsalə Ənvər (0.5)

 

Məsləhətçi

  1. h.e.d., prof. Əfəndiyev Oktay Firudin (Məsləhətçi)
  2. h.e.d., prof. İbrahimov Eldar Rza  (Məsləhətçi) (0.5)



İqtisadiyyat kafedrasının foto-qalereyası







İqtisadiyyat kafedrasının müdiri




i.f.d., dos. Suqra İnqilab qızı Hümbətova

Tədris Binası: II korpus
Ünvan:  Bakı, Həsən Əliyev küçəsi, 135
Telefon: (+99450) 323 58 78
 
İş saatları: 9.00 - 18.00
e-mail: [email protected]




İqtisadiyyat kafedrası ilə əlaqə




Tədris Binası: II korpus

Ünvan:  Bakı, Həsən Əliyev küçəsi, 135

Telefon: (+99450) 323 58 78

İş saatları: 9.00 - 18.00

e-mail: [email protected]




Kafedrada tədris olunan fənnlər




050404 - İQTİSADİYYAT İXTİSASINDA 

1.    İqtisadiyyata giriş
2.    Mikroiqtisadiyyat
3.    Makroiqtisadiyyat
4.    İqtisadi fikir tarixi 
5.    Azərbaycan iqtisadiyyatı 
6.    Rəqəmsal iqtisadiyyat
7.    Əməyin iqtisadiyyatı
8.    Firmalar, bazarlar və rəqabət
9.    Sənayenin iqtisadiyyatı 
10.    İnstitutsional iqtisadiyyat
11.    Aqrar iqtisadiyyat
12.    Davranış iqtisadiyyatı 
13.    İqtisadi dinamikanın əsasları
14.    İnnovasiya iqtisadiyyatı 
15.    İnkişafda institutların rolu 
16.    Mühəndis iqtisadiyyatı 
17.    İdarəetmə iqtisadiyyatı 
18.    Təbii sərvətlərin iqtisadiyyatı 
19.    İqtisadi siyasət
20.    Regional iqtisadiyyat 
21.    Milli təhlükəsizlik 
22.    Davamlı və inklüziv inkişafın idarəedilməsi 
23.    İnkişaf mikroiqtisadiyyatı 
24.    İnkişaf etməkdə olan ölkələrin makroiqtisadiyyatı
25.    Müqayisəli iqtisadi sistemlər 
26.    Makroiqtisadi göstəricilərin qiymətləndirilməsi və inkişafın diaqnostikası 
27.    Beynəlxalq iqtisadiyyat
28.    Beynəlxalq makroiqtisadiyyat
29.    Beynəlxalq biznes iqtisadiyyatı 
30.    Beynəlxalq ticarət hüququ
31.    Biznes hüququ 
32.    Əmək qanunvericiliyi 
33.    Ekologiya hüququ 
34.    Hüququn əsasları
35.    AR Konstitutsiyası və hüququn əsasları 
36.    İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi əsasları 
37.    Rəqəmsal cinayətkarlıq
38.    Rəqəmsal kriminalistika 
39.    İnsan hüquqları
40.    İnzibati hüquq
 

050213-“BEYNƏLXALQ MÜNASİBƏTLƏR” İXTİSASINDA

1.    Beynəlxalq təklükəsizlik
2.    Beynəlxalq təşkilatlar
3.    Çin xarici siyasəti
4.    Diplomatik protokol və etiket
5.    Diplomatik və konsul xidməti
6.    Diplomatik yazışma
7.    Dünya iqtisadiyyatı
8.    Dünya siyasəti
9.    Enerji diplomatiyası
10.    Geosiyasət
11.    Geostrategiya
12.    İctimai diplomatiya
13.    İctimai elmlərdə tədqiqat metodları
14.    Müasir münaqişələr və sülh prosesi
15.    Müasir siyasi idiologiyalar
16.    Müqaisəli iqtisadi sistemlər
17.    Müsair diplomatiya
18.    Ölkələrin iqtisadi inkişaf modelli
19.    Ölkəşünaslığın əsasları
20.    Qeyri hökumət təşkilatları
21.    Qlobal siyasət
22.    Siyasi coğrafiya
23.    Siyasi fikir tarixi
24.    Türkiyə xarici siyasəti
25.    Xarici ölkələrin iqtisadiyyatı
26.    Xarici siyasətin təhlili




İqtisadiyyat kafedrası - Əməkdaşlıq




“İqtisadiyyat” kafedrasının professor-müəllim heyəti beynəlxalq konfrans, simpozium və kongreslərdə iştirakı edir və xarici ölkələrin iqtisadçı alimlərlə birlikdə seminar və görüşləri təşkil olunur. 

https://news.unec.edu.az/xeber/133-muellim/9936-ddiu-nun-dosenti-unec-de-seminar-kechib

https://news.unec.edu.az/xeber/133-muellim/10031-ozbekistan-dashkend-dovlet-i-gtisad-universitetinin-professoru-unec-de-seminar-kechirib

Erasmus Plus, Orhun və bu kimi digər mübadilə proqramlarında akademik heyətin səfərləri həyata keçirilir. 




İqtisadiyyat kafedrasında tədris olunan ixtisaslar




“İqtisadiyyat” kafedrasında 050404-“İqtisadiyyat” və 2023-cü ildən etibarən 050213-“Beynəlxalq münasibətlər” ixtisası üzrə mütəxəssislər hazırlanır. 


“İqtisadiyyat” ixtisası - vacib əhəmiyyət kəsb edən iqtisadi məsələləri dərk etmək, dünyada ən mühüm iqtisadi problemlər haqqında yaradıcı və dərindən düşünməyi öyrədir. İqtisadiyyat dövlət siyasətinin təhlili üçün əsas çərçivəni təmin edir, bazar və sosial nəticələri formalaşdıran əsas siyasət məsələlərini başa düşmək üçün zəmin yaradır. İxtisas qlobal yoxsulluğun aradan qaldırılması və ətraf mühitin yaxşılaşdırılmasına qədər dünyanın ən aktual suallarına cavab tapmaqda kömək edir, dövlət siyasəti müzakirələrində iştirak etmək və iqtisadi, sosial tərəqqi üçün hərəkət imkanları yaradır. 
“İqtisadiyyat” ixtisası üzrə təhsil alan tələbələr iqtisadi səmərəlilik, iqtisadi artım, qlobalizm, sosial ədalət, sərvət və yoxsulluq, güc, fərdi azadlıq, ayrı-seçkilik, mədəni dəyərlər və ətraf mühitlə bağlı məsələlərə müxtəlif yanaşmaları tətbiq etməyi öyrənir. İxtisas qlobal yoxsulluğun aradan qaldırılması və ətraf mühitin yaxşılaşdırılmasına qədər dünyanın ən aktual suallarına cavab tapmaqda kömək edir, dövlət siyasəti müzakirələrində iştirak etmək və iqtisadi, sosial tərəqqi üçün hərəkət imkanları yaradır. 
Bu ixtisası bitirən bakalavr və magistrlar daim dəyişən dünyada iqtisadi qərarların qəbul olunmasında, sosial-iqtisadi siyasət, hüquq, maliyyə, risklərin idarə edilməsi,  xarici əlaqələr, bazar təhlili və s. müxtəlif və analitik bacarıqlara malik olurlar.
İxtisasa sahib olanlar çalışa bilərlər:
⦁    AR İqtisadiyyat Nazirliyi
⦁    AR Maliyyə Nazirliyi
⦁    AR Kənd Təsərrüfatı Nazirliyi
⦁    AR Vergilər Nazirliyi
⦁    Azərbaycan Dövlət Neft Fondu
⦁    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
⦁    İqtisadi və Sosial İnkişaf Mərkəzi
 

“Beynəlxalq münasibətlər” ixtisası ölkələrin və təşkilatların beynəlxalq iqtisadi və hüquqi normalar çərçivəsində inteqrasiyası və əməkdaşlıq münasibətlərinin qurulması üçün lazım olan bilik və bacarıqları verməkdir. İxtisas hüquq, iqtisadi, xarici dillər və sosial araşdırmalara maraq göstərən bir sahədir. 
Beynəlxalq münasibətlər ixtisasında məzun olanlar:
⦁    Xarici İşlər Nazirliyində, 
⦁    Diplomatik nümayəndəliklərdə
⦁    Beynəlxalq Təşkilatlarda
⦁    Xarici Şirkətlərdə
⦁    Dövlət Orqanlarının və yerli şirkətlərin beynəlxalq əlaqələr şöbələrində
⦁    Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarında
⦁    Elmi-Tədqiqat mərkəzlərində tədqiqatçı 
⦁    Ali məktəblərdə ixtisas fənnləri üzrə müəllim 
⦁    Transmilli korporasiyalarda iş imkanları qazana bilərlər. 
Beynəlxalq münasibətlər ixtisasını bitirən tələbələr geniş dünyagörüşünə, intellektə, sürətliqərarvermə qabiliyyətinə, yüksək dil bacarıqlarına, kommunikasiya, dinləmək və fikri düzgün ifadə etmək bacarığı, liderlik bacarığı, iqtisadi, siyasi təfəkkür, işdə dəqiqlik, özünüidarəetmə bacarığı, vətənpərvərlik kimi bilik və bacarıqlara sahib olurlar.