Tətbiqi iqtisadiyyat kafedrası haqqında
UNEC-in Elmi Şurasının 16 sentyabr tarixli iclasının qərarına əsasən “İqtisadiyyat” (rus dilində) kafedrasının adı dəyişdirilərək “Tətbiqi iqtisadiyyat” kafedrası adlandırılmışdır.
Yaranma tarixi
UNEC-in Qlobal Ali Təhsil sistemində beynəlxalq rəqabətliliyinin artırılması məqsədilə aparılmış köklü islahatların əsas istiqamətlərindən biri 2016-ci ildən etibarən Rus İqtisad Məktəbinin fəaliyyətə başlamasıdır. UNEC-in Elmi Şurasının 28.02.2017-ci il tarixli EŞ-150 saylı iclasının qərarı və Rektorun 206/3/2017 saylı 04.04.2017-ci il tarixli əmrinə uyğun olaraq Rus İqtisad Məktəbinin nəzdində bakalavr pilləsi üzrə rus dilində mütəxəssis hazırlığının həyata keçirilməsini nəzərdə tutan “İqtisadiyyat” kafedrası yaradılmışdır.
Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının yaranmasında əsas məqsəd rusdilli tədris məkanına inteqrasiya olunması və bunun üstünlüklərindən faydalanmasıdır.
Kafedranın missiyası – XXI əsrin qlobal innovasiya dəyişiklikləri və çağırışları şəraitində milli və beynəlxalq səviyyədə səmərəli praktiki tətbiqini həyata keçirə biləcək, peşəkar biliklərə, müasir bacarıqlara və zəruri səriştələrə malik olan yeni nəsil mütəxəssislərin yetişdirilməsidir.
“İqtisadiyyat” kafedrası öz fəaliyyətində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı və “UNEC-100” İnkişaf Strategiyasının əsas hədəflərini rəhbər tutur.
Tətbiqi iqtisadiyyat kafedrasının tədqiqat işləri
“İqtisadiyyat” kafedrasının professor-müəllim heyətinin makroiqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, vergi və vergiqoyma, sahə iqtisadiyyatı, dünya iqtisadiyyatı, menecment, marketinq, kommersiya işi istiqamətlərdə olan elmi tədqiqatların nəticələri əsasən elmi məqalələrdə, respublika daxili və xaricdə keçirilən konfranslarda öz əksini tapmışdır. Kafedranın fəaliyyət göstərdiyi müddətdə professor-müəllim heyəti tərəfindən hazırlanmış dərslik, dərs vəsaiti, metodik vəsait, monoqrafiya, kifayət qədər elmi məqalə və konfrans materialları çap olunmuşdur, o cümlədən, Web of Science, Scopus və РИНЦ elmi platformalarına daxil olan nüfuzlu nəşrlərdə.
2017/2018 tədris ilində kafedranın 10 üzvü, 2018/2019 tədris ilində 16 üzvü, 2019/2020 tədris ilində 6 üzvü UNEC-in differensial əmək haqqı reytinq cədvəlində birinci 100-lükdə qərarlaşmışdır.
Müasir çağırışları nəzərə alaraq, “İqtisadiyyat” kafedrasının elmi fəaliyyətinin əsas istiqamətlərindən biri tələbələrdə tədqiqatçı yanaşmanın formalaşdırılması və inkişaf etdirilməsidir. Bu məqsədlə, onların böyük bir qismi elmi tədqiqatlara cəlb olunur, bu da Respublika daxili, UNEC, Rus İqtisad Məktəbində mütəmadi təşkil olunan tələbə elmi konfranslarda fəal istiraklarında, buraxılış işi mövzularının aktuallığı və hər il sayının müsbət dinamikasında öz əksini tapır.
“İqtisadiyyat” kafedrasının professor-müəllim heyəti bir sıra xarici universitetlərlə əlaqələrin qurulmasında fəal iştirak edir. Belə ki, Belqorod Dövlət Milli Elmi Tədqiqat Universiteti arasında elm, təhsil və mədəniyyət sahələrində 16.11.2017 il tarixli Д-2843/7 saylı müqaviləyə uyğun olaraq, Şərqi Avropa elmi və təhsil klasterini yaratmaq və qurumlararası əlaqələri gücləndirmək məqsədi ilə UNEC-in Rus İqtisad Məktəbi və Belqorod Dövlət Milli Elmi Tədqiqat Universiteti nəzdində İqtisadiyyat və İdarəetmə İnstitutu nümayəndələrinin iştirakı ilə UNEC ilə birgə bir sıra müxtəlif elmi, tədris, mədəniyyət tədbirlərinin və layihələrin təşkili və həyata keçirilməsini nəzərdə tutan Plan qəbul olunmuşdur. Həmin Planın reallaşması üçün tərəfdaş olan hər iki Universitetin tələbələri üçün on-line rejimində mühazirələrin təşkili; iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə birgə tədqiqat proqramları və layihələrinin hazırlanması və reallaşması; birgə simpoziumların, seminarların və konfransların təşkili; “məkan iqtisadiyyatı və rəqəmsal transformasiya” beynəlxalq laboratoriyası çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.
“İqtisadiyyat” kafedrasının əməkdaşları tərəfindən Q.V. Plexanov adına Rusiya İqtisad Universiteti, Moskva Humanitar sosial-iqtisadi Universiteti, Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universiteti, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Kiyev Dövlət Universiteti, Astraxan Dövlət Universiteti və s. ali məktəblərin professor-müəllim heyətilə elmi əlaqələr qurulub və inkişaf etməktədir. Eyni zamanda elmi-tədqiqat sahəsində iqtisadi profilli nüfuzlu aparıcı xarici universitetlərlə sıx əməkdaşlığın daha da intensivləşləşdirilməsi nəzərdə tutulub.
Tətbiqi iqtisadiyyat kafedrasının strukturu
“Mühasibat uçotu” və ““Maliyyə” ixtisası | |||
1. | Abbasova Sevinc Ağaməmməd Kafedra müdiri | i.e.n., dos. | 0.5 |
2. | Əliyeva Mehriban Şaban İxtisas rəhbəri | i.e.n., dos. | 1 |
3. | Kərimov Atik Ehsan | i.e.d., prof. | 1 |
4. | Babayev Azər Alim | i.e.n., dos. | 1 |
5. | Quşxani Rauf Nəsir | i.e.n., dos | 1 |
6. | Salayev Rauf Arif | i.e.n., dos. | 1 |
7. | Məmmədova Aida Qasım | i.e.n., dos. | 1 |
8. | Əliyeva Nailə Rauf | i.e.n., dos. | 1 |
9. | Qubadova Aybəniz Ənvər | i.e.n., dos. | 1 |
10. | Cavadova Mehriban Alim | i.e.n., dos. | 1 |
11. | Cavadov Ramiz Cavad | i.e.n., dos. | 1 |
12. | Babaşirinova Esmira Məmmədşirin | i.e.n., dos. | 1 |
13. | Aşurbəyli-Hüseynova Nigar Pirverdi | i.ü.f.d., dos. | 1 |
14. | Qasımova Lalə Fərman | i.ü.f.d., b/m. | 1 |
15. | Ağabeyova Gülnarə Şükrəddin | i.e.n., dos. | 1 |
16. | Rəfiyev Aydın Ağaəli | i.e.n., b/m | 0.5 |
17. | Tağıyeva Nigar Sabir | i.e.n., dos. | 1 |
18. | Məmmədova Leyla Vaqif | i.ü.f.d., müəl. | 1 |
19. | Hüseynova Leyla Nizaməddin | i.ü.f.d., müəl. | 1 |
20. | Dəmirov Yaşar Rafael | i.ü.f.d., b/m | 1 |
21. | Əhmədova Esmira Mirməmməd | müəl. | 1 |
22. | Əsgərova Fidan Əlinazim | i.ü.f.d., b/m. | 1 |
İqtisadiyyat ixtisası | |||
23. | Hüseynova Şəhla Akif İxtisas rəhbəri | dos. | 1 |
24. | Əzizova Gülənbər Arif | i.e.d., prof. | 1 |
25. | Məmmədov Elşad Yaqub | i.e.d., prof. | 0.5 |
26. | Sadıqov Mustafa Məmmədsadıq | i.e.n., dos. | 1 |
27. | Abbasova Samirə Təhməz | i.e.n., dos. | 1 |
28. | Babayeva Səidə Cəbi | i.e.n., dosent | 1 |
29. | Əkbərov Rövşən Məmməd | i.e.n., dos. | 0.5 |
30. | Məmmədova Svetlana Yevgenyevna | b/m. | 0.5 |
31. | Hüseynova Vəfa Arif | i.f.d., dos. | 1 |
32. | Mikayılzadə Gülnarə Şükür | i.e.n., dos. | 1 |
33. | Qocayeva Elmira Məhəmməd | dos. | 1 |
34. | Nəcəfova Zümrüd Bəbir | b/m. | 1 |
35. | Abdalova Mətanət Əli | i.f.d., müəl. | 0.5 |
36. | Əliyeva Ruhiyyə Oqtay | müəl. | 0.5 |
“Sosial iş və idarəetmə” fənləri (“Menecment” və “Biznesin idarəedilməsi”) ixtisasları | |||
37. | Həmidova Lalə Adil İxtisas rəhbəri | i.e.n., dos. | 1 |
38. | Sultanova Rəna Polad | i.e.d.,prof. | 0.5 |
39. | Qurbanov Natiq Hüseyn | i.e.n., dos. | 1 |
40. | Axundova Nailə Fariz | i.e.n., dos. | 1 |
41. | Əlixanova Leyla Huseyn | i.e.n., dos. | 1 |
42. | Mehdiyeva İradə Şərafəddin | i.e,n., dos. | 1 |
43. | Novruzova Zenfira Ramiz | i.e,n., dos. | 1 |
44. | Bayramova Sevinc Rafiq | i.e.n., dos. | 1 |
45. | Amanova Lalə Səmədxan | i.e,n., dos. | 1 |
46. | Səmədova Elnarə Robert | i.ü.f.d., dos. | 1 |
47. | Xanlarzade Sərvinaz Məmmədhəsən | i.ü.f.d., dos. | 1 |
48. | Kaşiyeva Ləman Aydın | i.ü.f.d., dos. | 1 |
49. | Kərimova Tahirə Hüseyn | bm | 1 |
50. | Məmmədova Sevda Kərim | i.e.n., b/m | 1 |
51. | Cəfərova Dünyaxanım Ağakazım | b/m | 0.5 |
52. | Əlizadə Günay İntiqam | müəl. | 1 |
53. | Rəhmanı Fərəh Polad | müəl. | 1 |
54. | Xosrovlu Fikrət İsrail | müəl. | 1 |
55. | Rəhmanov Fərhad Pənah | məsləhətçi | |
“Beynəlxalq ticarət”, “Logistika” və “”Marketing ixtisasları | |||
56. | Səmədova Mehriban Tofiq İxtisas rəhbəri | i.e.n., dos. | 1 |
57. | Bərxudarov Mənsur İsa | i.e.n., dos. | RİM-n direktoru |
58. | Kasumov Rüfət Məmməd | i.e.d., prof. | 1 |
59. | Əzizov Ramiz Nəhməd | i.e.n., dos. | 0.25 |
60. | Hacıyeva Leyla Arif | i.e.n., dos. | 1 |
61. | Quliyev Eldar Nadir | i.e.n., dos. | 1 |
62. | Muradova Səbinə Xaliq | bm | 1 |
63. | Həşimov Hüseyn İbrahim | i.e.n., dos. | 1 |
64. | Əhmədov Elşən Niyazi | i.f.d., dos. | 0.5 |
65. | Hacıqayıbova Aliya Şair | müəl. | 0.5 |
66. | Əliyev Elnur Sirac | b/m | 0.5 |
67. | Hüseynova Nəzirə Yunus | i.ü.f.d., müəl. | 0.5 |
Tətbiqi iqtiadiyyat kafedrasının tədbirləri
“Tətbiqi iqtisadiyyat” kafedrasının xəbərləri UNEC NEWS-da
Rusiyalı rektor: “UNEC-in Rus İqtisad Məktəbi elm və təhsil sahəsində inteqrasiyaya böyük təkan verəcək” (07.12.2017)
Braziliya universitetləri UNEC-lə əməkdaşlıqda maraqlıdır (23.11.2017)
Rus İqtisad Məktəbində “Elm aylığı” (02.11.2017)
Tətbiqi iqtisadiyyat kafedrasının müdiri
i.e.n., dos. Sevinc Ağaməmməd qızı Abbasova
Tədris Binası: II korpus
Ünvan: Bakı, Həsən Əliyev küçəsi, 135
Telefon: +(994) 12 564-37-10; +(994) 12 564-67-98
İş saatları: 9.00 - 18.00
e-mail: sevinjabbasova@ unec.edu.az